Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ölkəmizdə elektron siqaretlərə qadağa qoyula bilər?
Elektron siqaretlərin zərərindən dəfələrlə danışılıb və artıq bunun yalnız insanların özlərinə deyil, ətraf mühitə də ciddi ziyan vurduğu demək olar ki, hər kəsə məlumdur.
Dünya ölkələrinin səhiyyə qurumları, həkimlər insanları bu təhlükə ilə bağlı mütəmadi məlumatlandırır, onları bu zərərli vərdişdən uzaqlaşdırmaq üçün təbliğat işləri aparırlar.
Amma görünür, bu tədbirlər işə yaramadığından dövlətlər daha radikal addımlar atmağa qərar veriblər. Artıq 2025-ci ilin yanvarın 1-dən Belçika da elektron siqaretin satışına qadağa qoyan ölkələrin sırasına qoşulur.
Bəs Azərbaycanda vəziyyət necədir? Ölkəmizdə də belə bir qadağaya ehtiyac varmı?
Baku TV məsələ ilə bağlı paytaxt sakinlərinin rəyini öyrənib.
Məlum olub ki, gənclər hələ də bu siqaretlərin nə qədər zərərli olmasından məlumatsızdırlar. "Heç kim deyə bilməz ki, çəkmə, ya da çək. Məncə, elektron siqaret qadağan edilməməlidir", - deyə sakin bildirib.
Ətraflı süjetdə:
"Baku TV" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: Ermənistanı son beş ildə 40 mindən çox insan tərk edib
- "Sovetski" sakini: "Uşağın doğulmağına bir ay qalmış həyat yoldaşımı evdən qovdum"
- Çörəyin çəkisi niyə azalıb? - Yayılan xəbərlərlə bağlı MÜHÜM AÇIQLAMA
- Toz şəklindəki dərmanlar niyə təhlükəlidir? - İçinə qatılanlar ORTAYA ÇIXDI
- Laçının Bəylik kəndi yenidən qurulur - Hansı işlər görülür?
Rəylər