Türkiyənin paytaxtı Ankara şəhərində "Kameranın şahidliyində Qəzza" mövzusu üzrə 28-ci Zoom Beynəlxalq Xəbər Müsabiqəsi keçirilib. Suriyada 2024-cü ilin 8 dekabrında baş verən dövlət çevrilişinə dair yayımları ilə diqqət çəkən "Haber Global" 5 fərqli kateqoriyada mükafatlara layiq görülüb.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, "Haber Global" dron və canlı yayım xəbərləri kateqoriyalarında mükafatlar qazanıb. Xəbər operatorları ilin ən yaxşı görüntülərini seçiblər.
Kəşfiyyat rəisi Mücahit Topçu və operator Serdar Altıntepe Suriyada dövlət çevrilişi ilə əlaqədar xəbəri ilə dron kateqoriyasında təltif olunublar.
"Haber Global"ın müxbiri Mehmet Altunışık və operator Çağrı Çalışkan isə illər sonra evlərinə qayıdan suriyalılardan bəhs edən "Evə qayıdış" yayımına görə canlı yayım xəbər kateqoriyasında mükafatlandırılıblar.
"Haber Global"ın müxbiri Yunus Emre Şahbenderoğlu "Əməvi Məscidində ilk dua" adlı xəbəri ilə xüsusi mükafatın sahibi olub.