Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Haber Global": Ekrem İmamoğlu iki saata yaxın ifadə verib
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu haqqında Türkiyə Baş Prokurorluğunun başlatdığı istintaq işi çərçivəsində bu gün İstanbul Ədliyyəsində ifadə verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" televiziya kanalında efirə gedən süjetdə qeyd olunub.
Qeyd olunur ki, Ekrem İmamoğlunun ifadəsi iki saata yaxın çəkib. Daha sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri ədliyyə orqanı binasını tərk edib.
Xatırladaq ki, E.İmamoğlu bir neçə gün əvvəl televiziya proqramında iştirak edərkən İstanbul baş prokuroru Akın Gürlek və ailəsinə qarşı səsləndirdiyi ifadələrə görə "hədə" və "terrorizmlə mübarizə aparan şəxsləri hədəf göstərmə" ittihamları ilə üzləşib. Bununla yanaşı, o, məhkəmə ekspertinə təzyiq göstərmək cəhdində ittiham edilir.

"Türkiyə" teqi üzrə xəbərlər
- Məşhur türkiyəli müğənni Balidə xəstəxanalıq oldu
- Makron bəzi ölkələrin baş qərargah rəisləri ilə görüşüb
- Türkiyədə dəmir yolu xəttinin tikintisi zamanı FACİƏ
- "Survivor" şousunda kuryoz hadisə: Adada tikilən evlər hökumət tərəfindən söküldü
- Birinci xanımların geyim sirləri: Türkiyəli rəsmilərin modelyer-dizayneri ilə ÖZƏL MÜSAHİBƏ