Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Haber Global"ın əməkdaşı öldürüldü
Türkiyənin "Haber Global" telekanalının əməkdaşı Məhərrəm Can Kurtuluş silahlı hücumda həyatını itirib.
Oxu.Az bu barədə telekanala istinadən məlumat verir.
Bildirilir ki, Kurtuluşa hücum edən 4 şübhəli qısa müddətdə saxlanılıb.
Məlumata görə, "Haber Global"ın əməkdaşı avtomobilini İstanbulun Beylikdüzü rayonundakı dayanacaqda saxlayıb. O, kafeyə tərəf gedərkən dayanacaqda dörd nəfərin məmurlarla mübahisə etdiyini görüb. O, tərəfləri sakitləşdirməyə çalışıb.
Sonradan dostu ilə kafedən çıxan Məhərrəm Can Kurtuluş maşınına minib və dayanacaqdan çıxarkən mübahisə etdiyi 4 şübhəli maşının qarşısını kəsib. Onlar maşından düşən "Haber Global"in əməkdaşını güllələyiblər və hadisə yerindən qaçıblar. Ağır yaralanan Kurtuluş aparıldığı xəstəxanada dünyasını dəyişib.
Polis bildirib ki, şübhəlilərin qaldıqları ünvanlarda aparılan axtarışlar zamanı 1 ədəd sənədsiz tapança, 4 ədəd tərəzi və 1 kilo 200 qram narkotik vasitə götürülüb.
"Haber Global" teqi üzrə xəbərlər
- ABŞ-dən İrana təhdid mesajı: "Nüvə obyektlərini bombalayacağıq"
- İlon Maskın dünya siyasətinə təsir imkanları: "Haber Global"ın təhlili
- Yaxın Şərqin gələcəyi və ABŞ-nin planı
- Aygün Attardan erməniəsilli siyasətçiyə sərt cavab
- "Haber Global": "Suriya qarşıdakı dövrdə heç bir Qərb dövləti ilə vuruşmayacaq"