UEFA Çempionlar Liqasının rəsmi "Instagram" hesabı sındırılıb və "UEFA Unity Coin" adlı saxta kriptovalyutanın reklamı üçün istifadə edilib.
Oxu.Az bu barədə xarici KİV-ə istinadən xəbər verib.
Belə ki, "Instagram" səhifədə "UEFA Unity Coin"in guya Çempionlar Liqasının rəsmi rəqəmsal valyutası olduğuna dair saxta iddia irəli sürülüb.
Hələlik UEFA hadisə ilə bağlı rəsmi açıqlama verməyib.