Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Hamburq aeroportunun işi iflic oldu: Bütün reyslər ləğv edildi
Almaniyanın Hamburq hava limanında martın 9-na planlaşdırılmış bütün təyyarə enişləri və uçuşları ləğv edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Hamburq aeroportunun Mətbuat Xidməti məlumat yayıb.
Buna səbəb kimi hava limanı əməkdaşlarının tətil keçirmələri göstərilir: "Tətili heç bir xəbərdarlıq etmədən "Ver.di" adlı həmkarlar ittifaqı təşkil edib".
Həmkarlar ittifaqı aeroport işçiləri üçün maaşların artırılmasını və əmək şəraitinin yaxşılaşdırılmasını tələb edir.
"Almaniya" teqi üzrə xəbərlər
Ən çox oxunanlar