Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Hamilə olduğunu doğuşdan bir saat əvvəl öyrəndi - FOTO
Şotlandiyanın Qlazqo şəhərinin sakini hamilə olduğunu doğuşdan 45 dəqiqə əvvəl öyrənib.
Bu barədə “The Mirror” nəşri yazır.
18 yaşlı Emmaluiz Leqqeyt (Emmalouise Leggate) birinci övladının doğulmasından sonra hamiləliyə qarşı həblər qəbul edib və ikinci uşaq planında olmayıb. Ancaq 2018-ci ildə iyulun 17-də qarnının formasının dəyişdiyini, bir gecə əvvəl hamar olduğu halda növbəti gün yumrulaşdığını görüb.
Britaniyalı təcili tibbi yardım çağırıb və 45 dəqiqədən sonra Siara adlı sağlam qız övladını dünyaya gətirib.
Qadın hamiləlik dövrü ərzində, sadəcə, çəki artırdığını güman edib. Arıqlamağa çalışsa da, bu məlum səbəbə onda alınmayıb.
“Mən hamiləlik testindən istifadə etməmişəm. Hamiləliyin heç bir simptomu üzə çıxmadı. Ümumiyyətlə, heç bir. Həkimlər nə üçün mənim qarnımın böyümədiyinin izahını tapa bilmir. Onlar güman edirlər ki, döl sadəcə onurğa sütununa tərəfə sıxılaraq orada inkişaf edib.
Dediklərinə görə, bu kimi hallar tez-tez baş verir”, - deyə qadın bildirib.
Rəylər