Braziliyanın San-Paulu ştatının 21 yaşlı sakini Marselo Aruaxo üçüncü uşağa hamilə qalan 22 yaşlı həyat yoldaşı Florens dos Santosun boğazını kəsərək qətlə yetirib.
“The Mirror” xəbər verir ki, həyat yoldaşı üçüncü uşağa hamilə qaldığını deyəndən sonra Marselo əsəblərinə hakim ola bilməyib.
Əlinə ülküc alan M.Aruaxo həyat yoldaşının boğazını kəsib.
Qeyd etmək lazımdır ki, M.Aruaxo törətdiyi əməli polisə etiraf edib.
Həyat yoldaşını qətlə yetirdikdən sonra Marselo öz canına da qıymaq istəyib.
Polis M.Aruaxonu tapanda onun boğazında və biləklərində dərin kəsiklər olub.