Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Hande Erçelə sevgilisi Hakan Sabancının ailəsindən soyuq davranış: Münasibətlərinə razı deyillər? - FOTO
Son zamanlar karyerası ilə yanaşı şəxsi həyatı ilə də gündəmdən düşməyən məşhur türkiyəli aktrisa Hande Erçel iş adamı Hakan Sabancı ilə eşq yaşayır.
Lakin Hakan Sabancının ailəsinin bu münasibətə razılıq vermədiyi deyilir.
Son olaraq “Sen çal kapımı” serialı ilə ekranlara çıxan Hande Erçel ilə məşhur biznesmen Hakan Sabancı bu yaxınlarda Parisə istirahətə yollanıblar.
İstirahətdən sonra İstanbul hava limanında kameralara görüntülənən cütlük münasibətlərinin ciddi olduğunu hiss etdiriblər. Paris səfərindən sonra Şimal parıltısını seyr etmək üçün Finlandiyaya yollanan sevgililər indi də İngiltərəyə getməyi planlaşdırırlar.
Qeyd edilir ki, Hakan Sabancının qardaşı Hacı Sabancı və onun hazırkı həyat yoldaşı Nazlı Sabancı münasibətlərinin ilk dönəmlərində tez-tez ailəyə məxsus şəxsi təyyarə ilə uçurlarmış. Lakin Hakan Sabancının Hande Erçel ilə səfər uçuşları üçün şəxsi təyyarədən istifadə etməməsi şübhələrin yaranmasına səbəb olub.
Sabancı ailəsinin Handeyə hələ ki razılıq vermədiyi bildirilib. Həmçinin Hakan Sabancının anası Arzu Sabancının da Hande Erçellə tanış olduğu, lakin bu sevgiyə hələ məsafəli yanaşdığı qeyd edilir.
Mənbə: Haber Global
Rəylər