Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Harris yeni seçici sorğularında Trampdan öndədir
ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd, vitse-prezident Kamala Harris ABŞ vətəndaşlarının dəstəyinə görə rəqibi respublikaçı Donald Trampı qabaqlayır.
Oxu.Az xəbər verir ki, bu barədə "Wall Street Journal"ın sorğusunun məlumatında deyilib.
Onun nəticələrinə görə, sorğuda iştirak edən ABŞ sakinlərinin 48%-i Harrisə, 47%-i isə Trampa səs verməyə hazırdır.
"Reuters" və "Ipsos"un sorğusu da Harris üçün az fərqlə üstünlük göstərib - 45% səs 41%-ə qarşı. Amma agentliyin əvvəlki sorğusunda vitse-prezidentin Tramp üzərində üstünlüyü beş faiz idi - müvafiq olaraq 50% və 45%.
Xatırladaq ki, ABŞ-də prezident seçkisi 2024-cü il noyabrın 5-də keçiriləcək.
Rəylər