ABŞ ordusunun Sakit okean komandanlığı bəyan edib ki, Havay adaları sakinlərinə ballistik raket hücumu ilə bağlı yanlış xəbərdarlıq göndərilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Reuters” nəşri məlumat verir.
Təhlükə barədə xəbərdarlıq ada sakinlərinin mobil telefonlarına göndərilib, onlara dərhal təhlükəsiz yerdə gizlənmək məsləhət görülüb.
Komandanlığının nümayəndəsi bildirib ki, “o, Havay adalarına təhlükə yaradan heç bir ballistik raket aşkarlamayıb” və ismarıc səhvən göndərilib.
