Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Havayda meşə yanğınlarında ölənlərin sayı artdı
Havayın Maui adasında meşə yanğınları nəticəsində həyatını itirənlərin sayı 110 nəfərə çatıb.
Səlahiyyətlilər xəbərdarlıq edirlər ki, ölənlərin sayı iki dəfə çox ola bilər.
Bu barədə Havay ştatının qubernatoru Coş Qrin mətbuat konfransı zamanı bildirib.
Qrinin sözlərinə görə, yüzlərlə insan hələ də itkin sayılır, ona görə də fəlakət qurbanlarının sayı iki dəfə arta bilər. Xüsusi təlim keçmiş itlərin də olduğu axtarış qrupları indiyədək təbii fəlakətdən zərər çəkmiş ərazinin 38 faizini araşdırıb. Axtarışa cəlb edilmiş itlərin sayının iki dəfə artırılaraq 40-a çatdırılması planlaşdırılır.
Qeyd edək ki, Ağ Evin verdiyi məlumata görə, ABŞ Prezidenti Co Bayden və həyat yoldaşı avqustun 21-də Mauiyə gedəcəklər. Onlar orada fövqəladə hallar xidmətləri əməkdaşları, zərərçəkənlər, həmçinin federal xidmətlərin nümayəndələri, əyalət və yerli hakimiyyət rəsmiləri ilə görüşəcəklər.
Mənbə: Dw.com
"təbii fəlakət" teqi üzrə xəbərlər
- Los-Ancelesdə yeni yanğınlar: Hər 2-3 saniyədə futbol meydançası ölçüsündə sahə məhv olur
- Türkiyədəki fəlakəti dəqiq proqnozlaşdıran seysmoloqdan Qafqazda güclü zəlzələ XƏBƏRDARLIĞI
- Los-Ancelesdə qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
- Fransada milli matəm elan edilib
- Fransada təbii fəlakət: Ölənlərin sayı 60 minə çata bilər
Rəylər