Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Həbsdə olan güneyli həkimə Novruz paylaşımına görə qadağalar qoyulub - FOTO
Güneyli siyasi məhbus və həkim Fərzanə Qarahəsənliyə Məşhəd şəhər həbsxanasından Novruz bayramı ilə bağlı təbrik müraciəti yaydığı üçün ikihəftəlik telefon əlaqəsi və üçaylıq görüş qadağası qoyulub.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Siyasi məhbusun vəkili Mohsen Bəyatın sözlərinə görə, Fərzanə Qarahəsənliyə xərçəng diaqnozu qoyulub və müalicə üçün təcili məzuniyyətə buraxılmalıdır.
Bildirilib ki, ötən ilin dekabrında əməliyyat olunan güneyli həkim məhkəmə-tibb ekspertinin rəyinə baxmayaraq, yenidən həbsxanaya qaytarılıb.
Qeyd edək ki, Fərzanə Qarahəsənli İranda 2022-ci il xalq etirazlarında repressiv hökumət qüvvələri tərəfindən öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasiminə qatıldıqdan bir gün sonra radikal “Bəsic” üzvünün öldürülməsinə görə saxta ittihamla həbs edilib.
"Onkoloji xəstəliklər (xərçəng)" teqi üzrə xəbərlər
- Bəzi bitki yağları xərçəngin inkişafını sürətləndirə bilər - Onkoloqdan XƏBƏRDARLIQ
- Elayın atası fəryad edir: "Anamın xəstəliyinə dözə bilmirdim, indi balam gözümün qabağında yox olur"
- "Xərçəng bombası"nın üstündə yaşayanlar: Ev tikəndə nələri araşdırmaq lazımdır?
- "Kənd toyuğudur" deyib əhalini necə aldadırlar? - İşbazların tələlərinə düşməməyin YOLLARI
- Xərçəngdən sağalanların müalicə müddətində apardıqları mübarizə: "Dedilər yaşamaq şansın 15%-dir"