Ukrayna prezidenti Pyotr Poroşenko ötən gün inauqurasiya ilə əlaqədar təşkil olunmuş təntənəli qəbul zamanı nəvəsinin dünyaya gəldiyini elan edib.
Bu barədə Oxu.Az İnterfaks-a istinadən xəbər verir.
“Bu gün Ukrayna əhalisinin sayı daha bir nəfər artdı, mən baba oldum”, deyə o bildirib.
Xatırladaq ki, Ukraynanın 5-ci prezidenti seçilmiş Pyotr Poroşenkonun inauqurasiya mərasimi ötən gün Ali Radada keçirilib.