Ötən gün tanınmış tarzən-müğənni Humay Qədimovanın anası dünyasını dəyişib.
Oxu.Az gecce.az-a istinadən xəbər verir ki, Humayın anası Ziyafət xanım uzun zamandır ki, xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Müğənninin mətbuat katibi bildirib ki, Humay anasını müalicə üçün dəfələrlə Türkiyəyə özü ilə aparıb:
“Sonuncu dəfə müğənni Ziyafət xanıma desə də, o, Türkiyəyə nədənsə getmək istəmirdi. Onun üzümüzə gələcək həftənin ilk günündən yenidən müalicəsi başlayacaqdı, amma qismət olmadı. O, ötən gün günorta saatlarında dünyasını dəyişdi”.
Qeyd edək ki, mərhumun 3 və 7 mərasimi iyun ayının 9-da baş tutacaq.
Allah rəhmət eləsin!