Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Şəki rayonu, Böyük Dəhnə kəndində (rayon mərkəzindən 30 km aralı) 1983-cü il təvəllüdlü Osmanov Ruslan Əbdülrəhman oğluna məxsus “VOLKSWAGEN” markalı minik avtomobili idarəetməni itirərək dərəyə yuvarlanması nəticəsində yol-qəza hadisəsi baş verib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, nəticədə avtomobilin sürücüsü R.Osmanov və sərnişin (qardaşı) 1988-ci il təvəllüdlü Osmanov Fəqan Əbdülrəhman oğlu aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.
Yanğınsöndürən-xilasedicilər tərəfindən meyitlər avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 05:00-da başa çatıb.