Türkiyə vətəndaşı olan 42 yaşlı Burak Bilgili ölkəmizdə qeyri-qanuni biznes fəaliyyəti göstərməkdə təqsirli bilinir
Azərbaycan daha bir türkiyəli iş adamını beynəlxalq axtarışa verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə lent.az “İnterpol”-a istinadən məlumat yayıb.
Türkiyə vətəndaşı olan 42 yaşlı Burak Bilgili ölkəmizdə qeyri-qanuni biznes fəaliyyəti göstərməkdə təqsirli bilinir. Onun fotosu və anket məlumatları beynəlxalq polis idarəsinin ofisinə göndərilib.
Qeyd edək ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının sorğuları əsasında İnterpol vasitəsi ilə 15-dən artıq türkiyəli iş adamı beynəlxalq axtarışa verilib. Onlar əsasən vergidən yayınma və qeyri-qanuni biznes fəaliyyətində təqsirləndirilir.