Barak Obamanın yeddi illik prezidentliyi dövründə ABŞ-ın dövlət borcu 8,3 trilyon dollar artaraq 18,9 trilyon dollara çatıb. Bu məbləği ölkədəki ev təsərrüfatları arasında böldükdə amerikalı ailələrin borc yükü 70 min dollara çatır.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, müvafiq məlumatı Amerikanın CNS News agentliyi yayıb.
Bununla yanaşı Corc Buş-kiçiyin hakimiyyətdə olduğu dövrdə, müvafiq göstəricilər 4,9 trilyon 44 min dollar artıb.
Agentlik həmçinin son 15 ildə ABŞ-ın milli borcunun 13,2 trilyon dollar artdığını yazır. Bunu ailələrə görə hesabladıqda hər ailəyə 112 min dollar düşür.
2015-ci ilin noyabr ayının 2-də Obama hökumət üçün rüsumların həcminin artırılmasını təsdiqləyib.
Amerika hökuməti kreditin ən yüksək həcmi məsələsinə 2017-ci ildə baxmağı planlaşdırır. Ehtimal edilir ki, həmin məqamda dövlət borcunun həcmi 20 trilyon dollara çatacaq.