Amerikanın Arkanzas ştatında nənəsi avtomobili aşağı sürətlə idarə etdiyi üçün üçyaşlı uşağı güllələdilər.
Oxu.Az bu barədə BBC News-a istinadən xəbər verir.
Portalın məlumatına görə, “Stop” işarəsi olan sahədə avtomobili çox yavaş sürətlə sürən qadın başqa bir avtomobil sürücüsünün qəzəbinə tuş gəlib. Qadının avtomobilinə atəş açan adam hadisə yerindən qaçıb.
Hadisə zamanı qadın xəsarət almayıb, amma onun avtomobilində olan üçyaşlı nəvəsi aldığı güllə yarasından xəstəxanada ölüb.
Nənə əvvəlcə uşağın yaralandığını anlamadığını bildirib, hadisədən sonra yaxınlıqdakı mağazaya daxil olaraq polisə zəng edib.
Zərərçəkənlərin kimliyi bildirilmir, hadisəni törədənə gəldikdə isə onun qara rəngli “Chevrolet Impala” avtomobilində olduğu məlumdur. Polis onu axtarır.
N.O.
www.oxu.az