İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Fereydun maliyyə cinayətlərində təqsirli bilinərək həbs olunub.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə “Frans Press” agentliyi məhkəməyə istinadən xəbər yayıb.
Hadisənin təfərrüatları hələlik açıqlanmır.
H.Fereydun 2015-ci ildə İranın nüvə proqramına dair danışıqlarda ölkənin rəsmi nümayəndəsi olub.

S.B.
www.oxu.az