İtaliyanın “Napoli” klubunun müdafiəçisi Vlad Kirikeş “Trento” komandası ilə yoldaşlıq görüşü zamanı meydançanın özlərinə aid hissəsindən qol vurub.
Oxu.Az-ın xəbərinə görə, video Twitterdə “Everything Napoli” səhifəsində yerləşdirilib.
Qarşılaşma “Napoli”nin 7:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın 38-ci dəqiqəsində Kirikeş rəqib komandanın qapıçısının irəli çıxmasından istifadə edərək meydançanın özlərinə aid hissəsində topu onun başı üzərindən qapıya göndərib.
Bu “Napoli”nin görüşdə üçüncü qolu idi.
S.B.
www.oxu.az