Rusiya İslam Komitəsinin sədri, məşhur ictimai xadim Heydər Camalın Almatıda dəfn mərasimi keçirilib.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Görkəmli ictimai xadim Heydər Camal bazar ertəsinə keçən gecə 70 yaşında Almatıda vəfat edib. Qazaxıstan Müsəlmanları İdarəsinin nümayəndələrinin məlumatına görə, Heydər Camal həyatını başa vurduğu yerdə dəfn edilib.
N.O.
www.oxu.az