Pakistan Hindistanı Kəşmirdəki Su Elektrik Stansiyasına (SES) hücumda ittiham edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Samaa" telekanalı məlumat yayıb.
Pakistan ordusunun ictimaiyyətlə əlaqələr departamentinin baş direktoru Əhməd Şərif Çaudriyə istinadən verilən məlumata görə, Hindistan "Neelum-Jhelum" SES-ə zərbə endirərək onu zədələyib.
Xatırladaq ki, bu gecə Hindistan Silahlı Qüvvələri Pakistanın nəzarətində olan Cammu və Kəşmirdə "Sindoor əməliyyatı"nın başladığını açıqlayıb.