Hindistanda beşulduzlu otellərin birində kütləvi şəkildə zorlama hadisəsi baş verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə Dehlidə baş verib.
Belə ki, otelin tibbi xidmətində işləyən bir tibb bacısı otaqların birində hücuma məruz qalıb. Tibb bacısı otağa tibbi yardım üçün çağırılıb. Qadın otağa girən zaman ona bir neçə kişi hücum edib. Qadın qışqırsa da, onun köməyinə gələn olmayıb.
Tibb bacısını zorlayanlar sonradan oteldən qaçıblar. Polis onları axtarır.
Bu hadisə sonradan Hindistanda etirazlara səbəb olub.