Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Hindistanın Pakistana hücumlarında ölən və yaralıların sayı artıb
"Hindistan ordusunun Pakistana hücumları nəticəsində 31 nəfər həlak olub".
Oxu.Az "Geo TV"yə istinadən xəbər verir ki, bunu Pakistan Müdafiə Nazirliyinin nümayəndəsi Əhməd Şərif Çoudri deyib.
Onun sözlərinə görə, yaralıların sayı 57 nəfərə çatıb.
Hindistan ordusunun Pakistana endirdiyi hava zərbələri nəticəsində 26 nəfər ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Asim Munirə istinadən məlumat yayıb.
Məlumatda yaralıların sayının 46 nəfər olduğu bildirilir.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar