On minlərlə insan Hirosima sülh memorial parkında toplaşaraq şəhərdə 70 il bundan öncə baş vermiş atom bombardmanı qurbanlarını yad ediblər.
Səhər saat 8:15-də bir dəqiqəlik sükut elan edilib: məhz bu saatda 1945-ci ilin avqust ayının 6-da ABŞ şəhərə atom bombası atıb, nəticədə 140 min nəfər həlak olub.
Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
Hirosimadan sonra ikinci bomba Naqasaki liman şəhərinə atılıb. Bundan bir aya yaxın müddətdən sonra Yaponiya kapitulyasiya edib.
Toplaşanlar qarşısında çıxış edən Yaponiyanın baş naziri Sindzo Abe, nitqində Hirosimanın bombardman edilməsinin nüvə tərki-silahının labüdlüyünü xatırlatdığını bəyan edib.