Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Hizbullah"a məxsus raket qurğusu quraşdırılmış pikap İsraildə oğurlanıb
Livanın cənubunda ələ keçirilən "Hizbullah"a məxsus raket qurğusu quraşdırılmış pikap İsrail ordusunun ölkədəki xüsusi dayanacağından oğurlanıb.
Bu barədə Oxu.Az "The Times of Israel"ə istinadən xəbər verir.
Məlumata görə, küçələrlə sakitcə hərəkət edən şübhəli avtomobili yerli sakinlər görüblər və polisə müraciət ediblər.
"Polisdən bildirilib ki, İsrailin şimalında SAXAL-ın (İsrail Müdafiə Ordusu) bazasından yük maşınında ələ keçirilən "Hizbullah"ın raket qurğusunu oğurladıqlarına görə iki nəfər həbs edilib", - deyə qəzet yazıb.
Həmçinin yük maşınının İsrail əsgərləri tərəfindən oğurlandığı barədə də məlumatlar var. Onlar maşını gizlətməyə çalışdıqları bir zamanda, polisə üzərində raket qurğusu olan şübhəli pikap barədə xəbər daxil olub.
"İsrail" teqi üzrə xəbərlər
- İsrailin İrana zərbəsi: Türk Hava Yolları bir neçə ölkəyə uçuşları dayandırdı
- ABŞ İrana zərbə endirilməsinə razılıq verib? - Məşhur nəşr İsrailin "yaşıl siqnal" almasından yazdı
- Netanyahunun hücumdan əvvəl məbəd divarına qoyduğu qeydlər diqqət çəkib: "İşarə idimi?"
- Donald Tramp: "İranın nüvə sazişi bağlamaq üçün ikinci şansı var"
- İsrailin müdafiə naziri: "İranın nüvə proqramını pozmaq üçün əməliyyatları davam etdirəcəyik"