"Hizbullah" hərəkatının hərbi rəhbərlərindən biri Malik Ballut Beyruta endirilən hava zərbəsi nəticəsində həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Al Jadeed" telekanalına təşkilatın nümayəndəsi verib.
Bildirilib ki, M.Ballut qruplaşmanın "Radvan" xüsusi təyinatlı qüvvələrinin hərbi əməliyyatlarına rəhbərlik edirdi.
Hadisənin Beyrutun cənubunda yerləşən Harət Hreyk rayonunda baş verdiyi bildirilir.
İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyruta aviazərbə endirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Qeyd olunub ki, zərbə nəticəsində "Hizbullah" təşkilatının "Radvan" xüsusi bölmələrinin komandiri Malik Ballut öldürülüb.