Los-Anceles rəhbərliyi iyunun 12-dən etibarən televiziya və kino çəkilişlərini bərpa etməyə icazə veriblər.
Bu barədə Los-Anceles dairəsi üzrə Səhiyyə Departamentinin rəhbəri Barbara Ferrer məlumat yayıb.
Beləliklə, Hollivudda yerləşən kinostudiyalar kino istehsalına qayıda biləcəklər.
Bununla yanaşı, idman zalları, zoopark, akvarium və kempinqlərin də işləməsinə icazə verilib.