Honkonqda çərşənbə gününə keçən gecə etiraz aksiyasının iştirakçıları və polis arasında qarşıdurma baş verib, qarşıdurma polisin administrasiya binasının qarşısında yeraltı keçidi təmizləmək istərkən yaranıb.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, “Okkupay Sentral” hərəkatının iştirakçılarını qovmaq üçün yüzlərlə polis dəyənəklərdən və gözyaşardıcı qazlardan istifadə edib.
Bir neçə nəfər yaralanıb, 40-dan çox nümayişçi həbs edilib.
Hərəkatın iştirakçıları yeraltı keçidi, Honkonqun maliyyə mərkəzindən çıxarıldıqdan sonra tutublar.
Polislərin kobud münasibətindən orda olan jurnalistlərdən biri şikayət edib.
Müxbirlərin xəbər verdiyi kimi, “Okkupay Sentral”a minlərlə honkonqlu qoşulub. Amma etriaz aksiyaları üçüncü həftə davam etdiyi halda iştirakçıların sayı azalıb.
Keçən bazar Honkonqun administrasiya rəhbəri Lyan Çjenyin bəyan edib ki, küçə aksiyalarının iştirakçılarının Pekinin 2017-ci il seçki formatını dəyişdirməsinə heç bir şansı yoxdur.
Televiziyaya verdiyi müsahibəsində Lyan deyib ki, etiraz aksiyaları “nəzarətdən çıxıb” , onların dayandırılması üçün güc tətbiq edilməsi də istisna deyil.