Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Husilər ABŞ ticarət gəmisinə raket atdılar
Yəmənin üsyançı “Ənsar Allah” (husilər) hərəkatının üzvləri Qırmızı dənizdə ABŞ-yə aid olduğu müəyyən edilən “Pinocchio” ticarət gəmisinə hücum ediblər.
Bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya husilərə məxsus “Əl-Masirah” telekanalında deyib.
“Yəmən hərbi-dəniz qüvvələri Qırmızı dənizdə əməliyyat keçirdilər və ABŞ-nin “Pinocchio” gəmisinə bir neçə gəmi əleyhinə raketlə hücum etdilər. Zərbə dəqiq oldu”, - deyə Sariya bildirib.
“Ənsar Allah” hərəkatının nümayəndəsi, həmçinin qeyd edib ki, husilər hərbi əməliyyatlarını genişləndirmək niyyətindədirlər.
“Marine Traffic” gəmi izləmə xidmətinin məlumatına görə, Liberiya bayrağı altında üzən “Pinocchio” konteyner gəmisi Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Süveyş kanalı limanlarından birinə doğru istiqamətlənib. Bu marşruta baxmayaraq, gəmi Ciddədən təxminən 40 km cənubda olub. Gəminin sahibi və operatoru haqqında xidmətin saytında məlumat yoxdur.
Mənbə: TASS
Rəylər