Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Huşunu itirən azərbaycanlı avtobusun altında qaldı - Türkiyədəki faciənin ANBAAN GÖRÜNTÜLƏRİ
Türkiyənin İstanbul şəhərində azərbaycanlı piyadanın faciəli şəkildə həyatını itirməsi ilə nəticələnən bədbəxt hadisə baş verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər yayıb.
Hadisə Küçükçekmece rayonunda qeydə alınıb. Səki ilə hərəkət edən Azərbaycan vətəndaşının halı qəfil pisləşib və o, yola yıxılıb. Bu zaman hərəkətdə olan servis mikroavtobusu yıxılan şəxsin üzərindən keçib.
Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası piyadanın həyatını itirdiyini müəyyənləşdirib. Sürücü ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb, meyit isə müvafiq ekspertiza üçün morqa təhvil verilib.
Hadisə anı ərazidəki obyektlərdən birinin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Hazırda faktla bağlı araşdırma aparılır.
"Piyadavurma" teqi üzrə xəbərlər
- Bakıda dəhşətli qəza: Piyada avtobusun altında qaldı - ANBAAN GÖRÜNTÜLƏR
- Lənkəranda avtomobil vuran üçüncü sinif şagirdinin VƏZİYYƏTİ AÇIQLANDI
- Skuterin vurduğu aktrisanın vəziyyəti açıqlandı
- Bakıda "Lexus" piyadanı VURDU: Hadisə yerində öldü
- Universitetə sənəd verən məktəbliləri MAŞIN VURDU: Xəstəxanaya yerləşdiriliblər