ABŞ-nin Çikaqo şəhəri yaxınlığındakı Dolton qəsəbəsində yerləşən və Roma Papası XIV Leonun (Robert Prevo) uşaqlıq illərini keçirdiyi ev diqqət mərkəzinə düşüb. Bu ev may ayında 250 min dollar start qiyməti ilə hərraca çıxarılıb. Lakin yerli hakimiyyət bu tarixi əhəmiyyətli məkanın mülkiyyətdən çıxarılaraq dövlət nəzarətinə verilməsini nəzərdən keçirir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Bloomberg" xəbər yayıb.
Bildirilib ki, hazırda Dolton rəhbərliyi Çikaqo Arxiyepiskopluğu ilə birgə bu evin rəsmi olaraq tarixi abidə statusu alması üçün çalışır. Məqsəd - Papa XIV Leonun irsini qorumaq və bu məkana ziyarətçi marağını artırmaqdır.