Roma Papası XIV Leodan bədxassəli şiş çıxarılıb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Papanı əməliyyat edən və müalicə edən həkimlər Stefano Marqaritore və Luici Karbone məlumat veriblər.
"Təcili histoloji müayinə əməliyyatöncəsi analizlərin nəticələrinə əsasən, gözlənildiyi kimi, ağciyərin adenokarsinoması (bədxassəli şiş - red.) diaqnozunu təsdiqləyib", - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, onun sağ ağciyərinin aşağı payı videodəstəkli cərrahiyyə əməliyyatı vasitəsilə çıxarılıb.
71 yaşlı Papa təxminən 3 saat əməliyyat masasında qalıb.
Xatırladaq ki, ötən gün Roma Papası XIV Leo ağciyərindəki düyünün götürülməsi üzrə cərrahiyyə əməliyyatı olunub.