Roma Papası XIV Leo ABŞ vətəndaşı qismində Konqresə keçirilən aralıq seçkidə poçt vasitəsilə bülleten göndərərək səs verib.
Oxu.Az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dünyəvi adı Robert Frensis Prevost olan pontifik Peruda olduğu illərdə də məsafədən səs verib və vətəndaşların demokratik proseslərdə iştirakını həm hüquq, həm də vəzifə hesab edir.
Amerika Birləşmiş Ştatlarının İllinoys ştatında rəsmi seçici qeydiyyatı olan Roma Papası XIV Leo, ABŞ-də keçiriləcək aralıq konqres seçkisində poçt vasitəsilə səs vermək üçün bülleten istəyib.
Oxu.Az xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.
Katolik kilsəsinin rəhbərinin bülleten əldə etmək üçün oktyabrın 3-də sorğu göndərdiyini Uill-Kaunti dairəsinin kargüzarlıq aparatının rəhbəri Kim Fladhammer təsdiq edib.
Nəşr qeyd edir ki, dairə kargüzarlığı hələlik pontifik tərəfindən doldurulmuş səsvermə bülletenini geri almayıb.
Məqalə müəlliflərinin sözlərinə görə, əsl adı Robert Frensis Prevost olan XIV Leo ABŞ-dəkı seçkidə səs verən ilk Roma Papası ola bilər.
Qeyd edək ki, o, 2025-ci ilin may ayında papa taxtına çıxan ilk amerikalıdır.