"Azərbaycan Cənubi Qafqaz regionunu böyük güclərin döyüş meydanından bütün tərəflər üçün əməkdaşlıq məkanına çevirib".
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabındakı paylaşımında qeyd edib.
Azerbaijan has transformed South Caucasus from “The Battle Space” of big powers to “A Marketplace” or “Cooperation Space”of every party. “In Baku, Professor Jeffrey Sachs sit down with Hikmat Hajiyev, Assistant to the President of the Republic of Azerbaijan, Head of the Department of Foreign Policy Affairs of the Presidential Administration of the Republic of Azerbaijan. From a country that spent 34 of its 35 years of independence at war, to one now quietly building a green corridor from the Caspian Sea to Europe, Azerbaijan is rewriting its own story. Hajiyev reflects on the peace with Armenia, the 800 gigawatts of wind potential sleeping beneath the Caspian, COP29, and a surname that carries within it both an Arabic pilgrimage and a Russian suffix, a dialogue of civilisation in a single word. Professor Sachs delivers the Pope’s encyclical on peace and AI. And somewhere between the caviar and the wind farms, a new picture of the world begins to take shape.” https://t.co/J2VzZK4Hbt #TheMarcoPoloDrive #TogetherIsFurther #WhatsCoolAbout #SilkRoad #Azerbaijan
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 30, 2026
O, ABŞ-li professor Ceffri Saksla Bakıda keçirdiyi görüşdən bəhs edərək bildirib ki, müstəqilliyinin 35 ilinin 34-nü müharibə şəraitində keçirmiş bir dövlətdən hazırda Xəzər dənizindən Avropaya doğru inamla yaşıl dəhliz inşa edən bir ölkəyə çevrilən Azərbaycan indi özünün yeni tarixini yazır.
Hacıyev Ermənistanla sülh, Xəzər dənizinin dərinliklərində yatan 800 giqavatlıq külək enerjisi potensialı, COP29 və ərəbmənşəli "ziyarət" anlayışı ilə rus şəkilçisinin birləşməsindən yaranaraq bir kəlmədə sivilizasiyaların dialoqunu təcəssüm etdirən soyadı barədə də fikirlərini bölüşüb.
Paylaşımda həmçinin, professor Ceffri Saksın sülh və süni intellektlə bağlı Roma Papasının ensiklikasını təqdim etdiyi qeyd olunub