Azərbaycan millisi FIFA U-15 dünya çempionatı və festivalında bu gün sonuncu matçına çıxıb.
Oxu.Az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv 83-cü yer uğrunda Əfqanıstan millisi ilə qarşılaşıb.
Hövsan Yarış Kompleksində keçirilən görüşün əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə Əfqanıstan komandası 3:2 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, Azərbaycan komandası AF qrupunun üçüncüsü kimi C Divizionuna vəsiqə qazanıb. Yığma Timor-Leste seçməsinə 6:0, Andorraya 1:0, İsrailə 3:1, hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub.
Kollektiv C Divizionunda (81-96-cı yerlər uğrunda) daha əvvəl keçirdiyi görüşlərdə Çili (1:3), Vyetnam (2:4) yığmalarına uduzub, Cəbəllüttariq (5:1) və Mozambik (4:1) millilərinə isə qalib gəlib. Qeyd edək ki, dünya çempionatı bu gün Bakı Kristal Zalında keçiriləcək final oyunu, mükafatlandırma və bağlanış mərasimləri ilə yekunlaşacaq.
Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalında bu gün sonuncu oyununu keçirəcək.
Oxu.Az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv 83-cü yer uğrunda görüşdə Əfqanıstan yığması ilə qarşılaşacaq. Hövsan Yarış Kompleksində keçiriləcək qarşılaşma saat 11:30-da başlayacaq.
Qeyd edək ki, dünya çempionatı bu gün Bakı Kristal Zalında keçiriləcək 6 final oyunu, mükafatlandırma və bağlanış mərasimi ilə yekunlaşacaq.