Suriyanın İdlib şəhər bazarı hava zərbəsinə məruz qalıb, nəticədə azı 25 nəfər ölüb.
Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, ölən və yaralananlar arasında qadın və uşaqlar var.
Zərbə nəticəsində bir neçə binanın uçduğu bildirilir.
Zərbə endirən təyyarənin hansı ölkəyə məxsus olduğu məlum deyil.