Pandemiya səbəbindən Böyük Britaniya Kraliçası II Elizabet həyat yoldaşı Edinburq hersoqu Filipp ilə birlikdə Milad bayramını kral ailəsinin digər üzvlərindən ayrı olaraq qeyd edib.
Bu barədə “İnterfaks” xəbər yayıb.
Cütlük bayramı ailənin bütün üzvlərinin Miladda ənənəvi olaraq toplandığı “Sandrihem” Sarayında deyil, “Vindsor” iqamətgahında qeyd edir.
II Elizabet bu il həmçinin ibadət tədbirinə qatılmaqdan imtina etmək məcburiyyətində qalıb.
Böyük Britaniya kraliçasının təbəələrinə Milad nitqi gözlənilir. Çıxış yerli vaxtla 15:00-a planlaşdırılıb.
📺 🎄The Queen's annual Christmas Message can be watched on @RoyalFamily’s @Twitter account at 3pm tomorrow.
— The Royal Family (@RoyalFamily) December 24, 2020
You can also watch on BBC One and ITV and listen on BBC Radio 4. This year, for the first time, the Christmas Broadcast will be available via Amazon’s Alexa devices. pic.twitter.com/kUw9xFEha8
Qeyd edək ki, pandemiya dövründə 94 yaşlı II Elizabet 99 yaşlı əri ilə “Vindsor” iqamətgahında qalıb.