Moskvanın Arbat küçəsində yerləşən gecə klubunun qarşısında baş verən bıçaqlanmanın görüntüləri yayımlanıb.
REN TV xəbər verir ki, hadisə yerli vaxtla 4:30 radələrində baş verib. 24 və 26 yaşlı gənclər mübahisə zəminində bıçaqlanaraq xəstəxanaya yerləşdirilib.
Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsi insidentin baş verdiyini təsdiqləyib.