İkinci Dünya Müharibəsi veteranı britaniyalı Con Lorimer budunu sındırıb sonra 3 saatdan artıq təcili tibbi yardımı gözləyib.
“Daily Mirror” xəbər verir ki, 97 yaşlı zabit Şotlandiyanın Eyre şəhərində yaşayır.
Şotlandiya üçün təcili tibbi yardımın gecikməsi qeyri adi haldır, buna görə yerli administrasiya hadisəni araşdıracağına söz verib. Adətən çağırışdan sonra həkimlər xəstənin yanına 15-20 dəqiqə civarında çatırlar.
Con Lorimerin 2 uşağı, 3 nəvəsi və 6 kötükcəsi var. 1943-cü ildə 21 yaşında olarkən o Almaniyanın “Tirpits” linkorunu məhv edən Britaniyaya məxsus su altı qayığın heyətində olub.