İstanbul şəhərində yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzilə daxil olmaq istəyən şəxsin niyyəti baş tutmayıb.
“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Oğurluq məqsədi ilə mənzilin eyvanından içəri daxil olmaq istəyən şəxsin son anda ayağı sürüşüb və o yerə yıxılıb.