Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İlk türkiyəli kosmonavtın uçuşu təxirə salınıb
Türkiyənin sənaye və texnologiya naziri Fatih Kacır ilk yerli kosmonavtı Alper Gezer Avcının uçuşunun yanvarın 17-nə təxirə salındığını bildirib.
O, bu barədə “Habertürk” telekanalının efirində məlumat verib.
“Uçuş 2024-cü il yanvarın 17-də baş tutacaq. Əvvəllər bunun yanvarın 9-na planlaşdırıldığını bildirmişdik, lakin “SpaceX”in uçuşumuzdan əvvəl planlaşdırılan buraxılışı daha gec həyata keçirəcəyinə görə, astronavtımızın yola düşmə tarixində 7-8 gün yerdəyişmə olub”, - nazir bildirib.
Kacır qeyd edib ki, missiya zamanı bir sıra elmi təcrübələrin və müşahidələrin aparılması planlaşdırılır. Onun sözlərinə görə, Ankara ölkənin texnoloji inkişafında yeni mərhələnin başlanğıcı kimi bu uçuşa böyük ümidlər bəsləyir.
Mənbə: TASS
Rəylər