Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İllərdir həbsdə olan amerikalı edam hökmünün icrasına bir neçə həftə qalmış öldü
ABŞ-də ögey oğlunu öldürdüyünə görə 30 ildən çox həbsdə olan Kristofer Sepulvado vəfat edib. O, mart ayında azotla boğma üsulu ilə edam edilməli idi.
Oxu.Az-ın məlumatına görə, bu barədə "NBC News" nəşri Luiziana ştatının İctimai Təhlükəsizlik və İslah Müəssisələri Departamentinə istinadən xəbər verib.
Qeyd olunub ki, 81 yaşlı cinayətkar Luiziana ştatının həbsxanasında əvvəldən mövcud olan xəstəliklərdən qaynaqlanan ağırlaşma nəticəsində təbii səbəblərdən dünyasını dəyişib.
Nəşr xatırladıb ki, məhkum 1992-ci ildə altıyaşlı ögey oğlunu öldürdüyünə görə cəza çəkirdi. Hadisə uşağın məktəbdən evə çirkli alt paltarında qayıtması səbəbindən baş vermişdi. Cinayətkar vintaçanla uşağın başından vurmuş, sonra qaynar suya salmışdı. 1993-cü ildə Sepulvadoya ölüm cəzası verilmişdi.
Onun vəkili Şon Nolanın sözlərinə görə, müvəkkilinin son illərdə fiziki və koqnitiv qabiliyyətləri əhəmiyyətli dərəcədə azalmışdı.
"Edam hökmü" teqi üzrə xəbərlər
- 56 il edamını gözlədi, sonda günahsız olduğu ortaya çıxdı
- ABŞ-də məhbus vaxtından əvvəl edam olunmasını tələb edir
- İranda siyasi məhbus: "Hər dörd saatdan bir edamın şahidi oluruq"
- 2024-cü ildə İranda 900-ə yaxın insan edam edilib
- Borumənd Fondu: "İran hökuməti son 45 ildə yüzlərlə məhkəməsiz edam həyata keçirib"