Fransanın "Milli Birlik" partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen Fransanın "son ümidi"dir.
Oxu.Az xəbər verir ki, bunu açerikalı milyarderi İlon Mask "X" sosial şəbəkəsində yazıb.
Mask bu fikri Le Penin populyarlığının artmasına diqqət çəkən istifadəçinin paylaşımına cavab olaraq bildirib.
Qeyd edək ki, iyulun 7-də Paris Apellyasiya Məhkəməsi Marin Le Penlə bağlı üzrə yekun qərar verib. O, birinci instansiya məhkəməsinin 2025-ci ilin martında verdiyi qərara yenidən baxılmasını tələb etmişdi. Həmin qərarda Le Pen Avropa Parlamentinin vəsaitlərinin mənimsənilməsində təqsirli bilinmiş və ona 5 il müddətinə seçkilərdə namizəd olmaq qadağası qoyulmuşdu.
Apellyasiya məhkəməsinin qərarı faktiki olaraq onun 2027-ci ilin aprelində keçirilməsi planlaşdırılan prezident seçkisində iştirak imkanını açıb.