Məşhur iş adamı İlon Mask gündəm yaratmağa davam edir.
Özünün “X” hesabında etdiyi paylaşımda Mask insanları “oğurluqda” günahlandırıb.
“Biz oğurlanmış torpaqlarda yaşayırıq”, - deyə o bildirib.
Daha sonra bu fikrini əsaslandırmağa çalışıb.
“Biz” dedikdə mən məməliləri nəzərdə tuturam. Biz bu torpaqları dinozavrlardan oğurladıq”, - deyə İlon Mask fikrini dəqiqləşdirib.
Bəzi izləyiciləri onun boş-boş danışdığını deyib, bəziləri isə iş adamının narkotik istifadə etdiyinə eyham vurublar.
Rəylər