Milyarder İlon Mask ABŞ Prezidenti Donald Trampın dövlət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid edərək ölkədə yeni siyasi partiyanın yaradılmasına çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
"Borc həddini rekord səviyyəyə - 5 trilyon dollara qədər artıran bu qanun layihəsinə çəkilən çılğın xərclər birpartiyalı dövlətdə yaşadığımızı açıq şəkildə göstərir", - Mask qeyd edib.
O əlavə edib ki, insanların qayğısına qalacaq yeni siyasi partiyanın yaradılmasının vaxtıdır.