"SpaceX" şirkətinin qurucusu İlon Mask "OpenAI" rəhbəri Sem Altmanı və şirkətin prezidenti Qreq Brokmanı oğurluqda ittiham edərək, onları "tamamilə etibarsız" adlandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-li sahibkar sosial şəbəkə hesabında paylaşım edib.
"Onlar açıq mənbə kodlu qeyri-kommersiya təşkilatını mənimsəyən, tamamilə etibarsız yaramazdırlar", - deyə Mask sərt açıqlama verib.
Məşhur iş adamı bu cür bəyanatla "OpenAI"ın kod redaktoru inkişaf etdirən "Cursor" şirkəti ilə əlaqələri kəsməsi xəbərinə münasibət bildirib.
Tərəfdaşlığın dayandırılması qərarı "SpaceX"in "Cursor"u almasından sonra qəbul edilib. "Cursor" "OpenAI" modellərindən ancaq noyabrın 12-dək yararlana biləcək. Eyni zamanda, Mask baş verənlərin onu "qətiyyən maraqlandırmadığını" da vurğulayıb.