"Oracle" korporasiyasının həmtəsisçisi Larri Ellison "Tesla" və "SpaceX"in qurucusu İlon Maskı geridə qoyaraq ilk dəfə dünyanın ən varlı adamları siyahısına başçılıq edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata görə, Ellisonun sərvəti 393 milyard dollar, Maskın sərvəti isə 385 milyard dollar dəyərində qiymətləndirilir.
Qeyd edilir ki, Ellisonun sərvətində cəmi bir gün ərzində rekord həcmdə - 101 milyard dollarlıq artım qeydə alınıb. Bu, "Bloomberg"in reytinq tarixində ən böyük artım hesab olunur.
İş adamı İlon Maskın dünyanın ən varlı adamı adı uğrunda mübarizədə rəqibi Larri Ellisondur.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
"Oracle Corp."un rüblük nəticələri dərc olunduqdan sonra məlum olum ki, şirkətin başçısı iş adamı Ellisonun aktivləri 70 milyard dollar artıb və bu, analitiklərin gözləntilərini üstələyib. Şirkət, həmçinin bildirib ki, gələcəkdə daha da əhəmiyyətli artım proqnozlaşdırır.
Onun kapitalı 364 milyard dollara çatıb ki, bu da "Bloomberg Billionaires Index"ə görə sərvəti 384 milyard dollar qiymətləndirilən Maskın kapitalından azdır. Ellisonun gəliri çərşənbə günü ticarətin başlanmasına qədər eyni səviyyədə qalarsa, indeks üzrə birgünlük rekord gəlir qeyd olunacaq.