Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İmamoğlunun ortaq olduğu şirkət nəzarətə götürüldü, hesablarına həbs qoyuldu
İstanbul bələdiyyəsinin başçısı Ekrem İmamoğlunun ortaq olduğu şirkət nəzarətə götürülüb və şirkətin hesablarına həbs qoyulub.
Oxu.Az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Məlumata görə, İstanbul Baş Prokurorluğu tərəfindən İmamoğlu və 99 şübhəli barədə "PKK terror təşkilatına kömək etmək", "cinayət təşkilatına rəhbərlik etmək", "cinayət təşkilatının üzvü olmaq", "rüşvət", "fırıldaqçılıq", "şəxsi məlumatları qanunsuz şəkildə əldə etmək" və "tender saxtakarlığı" ittihamları ilə başladılan istintaq işləri davam edir.
Bu çərçivədə prokurorluğun tələbi ilə İmamoğlunun ortaq olduğu "İmamoğlu İnşaat Ticaret və Sənaye" Açıq Səhmdar Cəmiyyəti növbətçi cinayət məhkəməsinin qərarı ilə nəzarətə alınıb və hesablarına həbs qoyulub.

"Ekrem İmamoğlu" teqi üzrə xəbərlər
- İmamoğlunun məhkəməsindən ilkin qərar açıqlandı
- İstanbulda "boykot" çağırışlarına görə saxlanılanlar azadlığa buraxıldılar
- Ekrem İmamoğlunun vəkili sərbəst buraxılıb
- Türkiyədə korrupsiya ilə bağlı 12 şirkətin hesabına həbs qoyuldu, 14 nəfər saxlanıldı
- İstanbul bələdiyyəsi sədrinin vəzifəsini icra edən seçildi